AZ

Peşə təhsili müəssisəsində baş verən ölümlə bağlı araşdırma başlayıb

Bakı. Trend:

Təhsil müəssisəsində baş verən hadisə ilə bağlı rəsmi araşdırmabaşlanıb.

Trend xəbərverir ki, bu barədə Peşə Təhsili üzrə Dövlət Agentliyi məlumatyayıb.

Bildirilib ki, 12 yanvar 2026-cı il tarixində Bayramov RöyalVüqar oğlu səhər saatlarında təhsil aldığı Sənaye və Texnologiyalarüzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzində olarkən səhhəti qəfilpisləşmiş və huşunu itirərək yıxılıb:

"Hadisə dərhal qeydə alınmış, təcili tibbi yardım briqadasıtərəfindən xəstəxanaya çatdırılmışdır. Lakin göstərilən tibbimüdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkünolmayıb.

Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən müvafiqaraşdırma aparılır.

Hadisənin təfərrüatları araşdırmanın nəticələrinə uyğun olaraqictimaiyyətə açıqlanacaq".

Xəbər yenilənəcək

Seçilən
41
az.trend.az

1Mənbələr