AZ

İngiltərədə futbol azarkeşi sevdiyi komandanın qələbəsindən sonra vəfat edib

İngiltərənin “Norviç” klubunun azarkeşi ölkə kubokunun 1/32 final mərhələsində “Uolsoll”a qarşı keçirilən oyun zamanı halı pisləşdikdən sonra vəfat edib.

İdman.Biz xəbər verir ki, bu barədə “Norviç” klubunun mətbuat xidməti məlumat yayıb.

“İngiltərə Kuboku matçı başa çatdıqdan sonra komandamızın azarkeşinin vəfat etməsi ilə bağlı dərin kədər hissi keçiririk. “Norviç” bu son dərəcə çətin dövrdə mərhum azarkeşin ailəsinə və yaxınlarına səmimi başsağlığını bildirir”, – deyə klubun rəsmi açıqlamasında qeyd olunub.

Əlavə edək ki, qarşılaşma yanvarın 11-də baş tutub. “Norviç” öz meydanında “Uolsoll”u 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz
Seçilən
2
1
idman.biz

2Mənbələr