Metbuat.az xəbər verir ki, verilişin sonuncu buraxılışında iştirakçı “Şəkli İnstaqramda 75 milyon adam tərəfindən bəyənilən bunlardan hansıdır?” sualını cavablandırmağa çətinlik çəkib. O, 4 variantdan birini seçməliydi: a)Lionel Messi, b)Kayil Cenner, c)Kriştian Ronaldo, d) Yumurta. İştirakçı sonuncu variantı seçdiyi üçün 450 min lirəyə sahib ola bilməyib.
Onun cavabı sosial şəbəkələrin Türkiyə seqmentində müzakirələrə səbəb olub. Bəzi şəbəkə istifadəçiləri qadının ünvanına “toyuq qədər ağlı var” məzmunlu şərhlər yazaraq onu təhqir etməkdən çəkinməyiblər.