AZ

Tramp İranla bağlı hansı qərarı verəcək? - Müzakirə başlayıb

Ağ Ev İranda yüzlərlə etirazçının öldürülməsi ilə bağlı xəbərlərə cavab olaraq müdaxilə variantlarını nəzərdən keçirir. 

"Unikal" xəbər verir ki, bu barədə CNN məlumat yayıb. 

Təklif olunan variantların əksəriyyəti hərbi əməliyyatları əhatə etmir. Vaşinqton hərbi hücumların əks-nəticə verə biləcəyindən, İran rəhbərliyinə dəstəyin güclənəcəyindən və bununla da etiraz hərəkatını sarsıda biləcəyindən qorxur.

Donald Tramp daha əvvəl Ağ Ev və ABŞ ordusunun İrandakı etirazçıları dəstəkləmək üçün hərəkət variantlarını təhlil etdiyini bildirmişdi: "Ordu vəziyyəti nəzərdən keçirir və biz bəzi çox güclü variantları müzakirə edirik".

ABŞ lideri həmçinin qeyd edib ki, İran rəhbərliyi ondan danışıqlar aparmağı xahiş edib.

Ağarza Elçinoğlu 

Seçilən
16
unikal.az

1Mənbələr