AZ

BMT-nin Baş katibi: Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çatıb

Bakı, 12 yanvar, AZƏRTAC

Ötən il təmiz enerjiyə investisiya 2,2 trilyon dollara çataraq fosil yanacaqlara yönələn investisiyaları iki dəfə üstələyib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş Beynəlxalq Bərpaolunan Enerji Agentliyinin (IRENA) Əbu-Dabidə keçirilən 16-cı Assambleyasında çıxışı zamanı deyib.

O, qlobal miqyasda bərpaolunan enerjinin sürətlə artan roluna diqqət çəkərək qeyd edib ki, təmiz enerji keçidi dayandırıla və geri çevrilə bilməz.

“Günəş və külək enerjisi sahəsində rekord göstəricilər qeydə alınır. Texnologiya sürətlə irəliləsə də, infrastruktur bu tempdən xeyli geri qalır”,- deyə o vurğulayıb.

Baş katib çıxışının sonunda beynəlxalq ictimaiyyəti təmiz, təhlükəsiz və 1,5 dərəcəlik dünya hədəfi ilə uzlaşan enerji sistemlərinin qurulması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Seçilən
47
azertag.az

1Mənbələr