Bakı. Trend:
2025-ci il üzrə operativ məlumatlara əsasən, respublikada 27,7milyon ton neft (qaz kondensatı ilə birlikdə) hasil edilib.Hasilatın 16,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 3,8 milyontonu “Şahdəniz”in, 0,6 milyon tonu “Abşeron” yatağının, 7,1 milyontonu isə SOCAR-ın payına düşüb.
Trend bubarədə Energetika Nazirliyinə istinadən xəbər verir.
Hesabat dövründə 23,1 milyon ton neft (qaz kondensatı iləbirlikdə) ixrac olunub. İxracın 20 milyon tonu konsorsiumların, 2,5milyon tonu SOCAR-ın, 0,6 milyon tonu isə JOCAP-ın payınadüşüb.
Qeyd edək ki, 2025-ci il ərzində xam neft hasilatı orta hesablagündəlik 62,4 min ton (460 min barrel), kondensat hasilatı 13,5 minton (111 min barrel) təşkil edib. Ümumilikdə neft hasilatı ortahesabla gündəlik 75,9 min ton (571 min barrel) olub.
Ötən il ərzində neftin emalı 6,2 milyon ton təşkil edib.
2025-ci ildə ölkədə 51,5 milyard kubmetr təbii qaz hasil edilib.Hasilatın 14,1 milyard kubmetri “Azəri-Çıraq-Günəşli”nin, 27,9milyard kubmetri “Şahdəniz”in, 1,6 milyard kubmetri “Abşeron”yatağının, 7,9 milyard kubmetri isə SOCAR-ın payına düşüb.
Bu dövrdə qaz ixracı 25,2 milyard kubmetr təşkil edib. Bundan12,8 milyard kubmetr Avropaya, 9,6 milyard kubmetr Türkiyəyə (ocümlədən TANAP-la 5,6 milyard kubmetr), 2,3 milyard kubmetrGürcüstana, 0,5 milyard kubmetr isə Suriyaya ixrac edilib.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismaraveriləndən 1 yanvar 2026-cı il tarixinədək 670,3 milyon tona yaxınneft (qaz kondensatı ilə birlikdə), 508,6 milyard kubmetr qaz hasiledilib. “Azəri-Çıraq-Günəşli”dən 617,8 milyon ton neft, 243,9milyard kubmetr qaz, “Şahdəniz”dən isə 52,5 milyon tona yaxınkondensat, 264,7 milyard kubmetr qaz çıxarılıb. Bu dövrdə 668,3milyon ton neft, 191,2 milyard kubmetr qaz ixrac edilib.