Bakı. Trend:
Etiraz aksiyalarında silahlı şəxslərdən polisləri, mümkünolmadığı halda sivil insanları və etirazçıları öldürməkistənilib.
Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Əraqçibu gün Tehranda xarici ölkələrin səfirləri ilə görüşdə deyib.
Onun sözlərinə görə, bununla əlaqədar qeydə alınmış səs yazılarımövcuddur ki, xarici ölkələrdən terrorçu şəxslərə göndərilib.
Əraqçi bildirib ki, məqsəd sadəcə ölən insanların sayınıartırmaq idi. Bu hadisələr zamanı çoxlu sayda insan öldürülüb vəəksəriyyət arxadan baş nahiyəsinə açılan atəş nəticəsində həyatınıitirib.
“Terrorçular açıq-aşkar şəkildə cinayətlər törədiblər. OnlarİŞİD-in metodlarından istifadə edərək daha ağır cinayətlərtörədiblər. İnsanları diri-diri yandırıblar. Onlar dövlət binaları,polis şöbələrini, vətəndaşların evlərini və mağazalarınıyandırıblar.
Mağaza sahiblər hədələniblər ki, mağazalarını bağlasınlar.Mağazalar bağlı olmadığı halda onların mağazaları yandırılacaq.Ölkə bazarlarında çoxlu sayda mağazalar yandırılıb. Şəhərlərdənbirinin bazarında 200-dən çox mağaza yandırılıb.
Təcili yardım maşınlarına hücum edilib. 3 gün ərzində 180-dənçox təcili yardım maşını yandırılıb. Ölkə ərazisində 53 məscidyandırılıb”, - deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutasırialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksəkinflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyalarıbaşlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,say haqda məlumat verilməyib.
Əlavə edək ki, İran hökuməti 11 yanvarda iğtişaşlarda həlakolanların xatirəsinə üç günlük matəm elan edib.