AZ

“Real” və “Arsenal”ın transfer bhədəfindədir - Yunan yarımmüdafiəçi

“Olimpiakos”un yarımmüdafiəçisi Xristos Mouzakitisə transfer bazarında tələbat var.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı yunan ilə Avropanın bir neçə klubu, o cümlədən “Mançester Yunayted”, “Real”, “Arsenal” maraqlanır.

Yunanıstan klubu yarımmüdafiəçinin satışından 40 milyon avro əldə etmək istəyir. Oyunçunun özü də bu qış klubdan ayrılmağa hazırdır.

Mouzakitisin “Olimpiakos”la müqaviləsinin müddəti 2029-cu ilin yayında başa çatacaq.

Seçilən
11
sportinfo.az

1Mənbələr