AZ

Neftin qiymətinin 1 dollar dəyişməsinin ARDNF-nin gəlirlərinə təsiri açıqlanıb

Neftin ixrac qiymətinin 1 dollar dəyişməsi Dövlət Neft Fondunun (ARDNF) gəlirlərinə təxminən 100 mln. dollar təsir edə bilər.

"APA-Economics" xəbər verir ki, bu barədə ARDNF-nin 2026-cı il büdcəsinə Hesablama Palatasının rəyində bildirilib. Qeyd edilib ki, beynəlxalq maliyyə institutlarının “Brent” markalı xam neft üzrə 2026-cı il proqnozlarının əsasən 60–65 ABŞ dolları intervalında dəyişəcəyi gözlənildiyi şəraitdə ARDNF 2026-cı il büdcəsinin baza ssenarisini 65 ABŞ dolları qiymət fərziyyəsi əsasında tərtib edib.

Fondun gəlirlərinin formalaşmasında əsas göstəricilərdən biri kimi 2026-cı il üçün 1 barel neftin orta illik ixrac qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. 1 barel neftin orta illik ixrac qiymətində hər 5 ABŞ dolları dəyişiklik Fondun gəlirlərində təxminən 0,5 mlrd. dollar dəyişiklik yaradır ki, bu da 1 dollar üçün 100 mln. dollar təsir deməkdir.

Seçilən
12
3
apa.az

4Mənbələr