JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze
Külək, günəş, su kimi bərpaolunan mənbələrlə zəngin olan ölkəmizin bu resurslardan səmərəli şəkildə istifadəsi digər təbii sərvətlərə qənaət edilməsinə imkan verəcəkdir.Son illər Azərbaycan yerləşdiyi regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün əhəmiyyətli addımlar atır, proseslərin müsbət dinamikada inkişafı üçün müasir dünyada vacib hesab edilən iqtisadi əməkdaşlıq, tərəfdaşlıq missiyasını önə çəkir. Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən irəli sürülən təşəbbüslər nəticəsində Azərbaycan nəinki region əhəmiyyətli, eyni zamanda materik səviyyəsində mühüm strateji layihələrdə yaxından iştirak edir, təşəbbüslərlə çıxış edir. On illiklər ərzində yürüdülən siyasət nəticəsində ölkəmiz dünyada etibarlı tərəfdaş, dost imici formlaşdırıb. Bu gün bir çox dünya dövlətləri Azərbaycanla əməkdaşlıqda, dostluq, qardaşlıq münasibətləri qurmaqda maraqlıdırlar.Bu da qeyd etdiyimiz kimi təsadüfi deyildir. Hazırda dünyada barmaqla sayıla biləcək qardaşlıq nümunələrindən birini biz ökəmizin Səudiyyə Ərəbistanı Krallığı ilə olan münasibətlərində görürük. Azərbaycanın qardaş Türkiyə ilə Pakistanla olan münasibətlərinin eynisini son illər Səudiyyə Ərəbistanı ilə də görməyimiz hər birimizi sevindirir. Respublikamızın uzun illər ərzində yaşadığı ağrılı problemə, ikili standartlara qarşı mübarizəsində hər zaman Səudiyyə Ərəbistanın da böyük dəstəyini alması faktı hər birimizə məlumdur. Bu ölkə həmin nadir ölkələrdəndir ki, erməni işğalına görə Ermənistanla ümumiyyətlə diplomatik əlaqələr qurmamışdı. Bu gün qardaş ölkə Səudiyyə Ərəbistanı şirkətlərinin Azərbaycanda bir çox sahələrə investisiya qoymağa maralı olduqları tarixdən gələn inamın, etibarın, etimadın nümunəsidir.Bu günlərdə üç il əvvəl Səudiyyə Ərəbistanı Krallığının dünyaca məşhur “ACWA Power” şirkəti tərəfindən 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Gülüstan sarayında açılış mərasiminin baş tutması Azərbaycan energetikasının növbəti tarixi uğuru kimi qiymətləndirilməlidir. Mərasimi giriş nitqi ilə açan Ölkə başçısı cənab İlham Əliyev açılış mərasiminin xüsusi önəm daşıdığına diqqət çəkdi. Bu gün ölkəmizin müasir dünyada bərpaolunan enerji mənbələrindən istifadədə çox maraqlı olduğunu bildirən Dövlət başçısı Azərbaycanın bu sahədə kifayət qədər potensialının olduğuna diqqət çəkdi.Külək, günəş, su kimi bərpaolunan mənbələrlə zəngin olan ölkəmizin bu resurslardan səmərəli şəkildə istifadəsi digər təbii sərvətlərə qənaət edilməsinə imkan verəcəkdir. Bu təbiidir ki, belə olan halda atmosferin də çirklənməsinin qarşısı alınacaqdır. Şübhə yoxdur ki, məqsədlərə doğru uğurla addımlayan Azərbaycan bu sahədə də inqilabi inkişafa, tərəqqiyə nail olacaqdır.Gülcahan MəmmədovaNeftçala rayonu
JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX