AZ

Tramp İrana vaxt VERDİ: Əks halda…

ABŞ prezidenti Donald Tramp bildirib ki, İran ABŞ-ın hərbi və kommersiya obyektlərinə hücum edərsə, Vaşinqton buna “görünməmiş” zərbələrlə cavab verəcək.
Tramp bu açıqlamanı Ağ Evin “YouTube” kanalında canlı yayım zamanı jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Onun sözlərinə görə, İran tərəfindən mümkün hücum ABŞ üçün qəbuledilməz olacaq.
“Əgər bunu etsələr, biz onları indiyədək hiss etmədikləri bir qüvvə ilə vuracağıq. Onlar buna inanmayacaqlar”, – deyə Tramp bildirib.

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti ölkəsinin “çox güclü seçimlərə” malik olduğunu da vurğulayıb, lakin mümkün cavab tədbirlərinin detalları barədə açıqlama verməyib.

Qeyd edək ki, yanvarın 11-də CNN telekanalı İranda davam edən kütləvi etirazlar fonunda Donald Tramp administrasiyasının Tehrana qarşı hərbi variantları nəzərdən keçirdiyini yazıb. Məlumata görə, son günlərdə Trampa mümkün zərbələrdən tutmuş qeyri-hərbi müdaxilə yollarınadək müxtəlif ssenarilər təqdim olunub.

CNN-in məlumatına əsasən, müzakirə edilən variantlar arasında İran hakimiyyətinin etirazları yatırmaq üçün təhlükəsizlik qüvvələrindən istifadə imkanları da yer alıb.

Seçilən
9
veteninfo.az

1Mənbələr