Fransanın “Dassault Aviation” şirkəti 2025-ci ildə yerli və xarici müştərilərə ümumilikdə 26 ədəd “Rafale” döyüş təyyarəsi tədarük edib.
“Poliqon” “Dassault Aviation”a istinadən xəbər verir ki, bu təyyarələrdən 15-i xarici müştərilərə, 11-i isə Fransa Silahlı Qüvvələrinə çatdırılıb.
Bununla yanaşı, 2025-ci ildə müştərilər tərəfindən ümumilikdə 26 ədəd “Rafale” qırıcısı sifariş edilib.
Hazırda şirkətin “Rafale” proqramı üzrə balans sifarişi 220 ədəd təşkil edir ki, onlardan da 175-i ixrac, 45-i isə Fransa üçün nəzərdə tutulub.