AZ

Rəqibini vurub, hakimlərə fiziki təzyiq göstərən “Qobu”nun futbolçusuna hansı cəza verildi?

AFFA Region Liqasında 29 noyabr 2025-ci ildə baş tutmuş “Crystal” FC – “Qobu” PFK oyunu ilə bağlı Apellyasiya Arbitraj Tribunalı qərarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, tribunal “Qobu” Peşəkar Futbol Klubunun apellyasiya şikayətini təmin etməyib.

Qərara görə, intizam Komitəsinin 4 dekabr 2025-ci il tarixli qərarı qüvvədə saxlanılıb: komandanın 10 nömrəli futbolçusu Emin Əlicanov oyundan sonra rəqibi əli ilə vurduğu və hakimlərə fiziki təzyiq göstərdiyi üçün qırmızı vərəqə ilə cəzalandırılıb və növbəti 10 oyuna buraxılmayacaq.

İdman.Biz
Seçilən
11
idman.biz

1Mənbələr