AZ

Etiraz aksiyaları Güney Azərbaycanın müstəqillik əldə etməsi üçün fürsət ola bilərmi? – AÇIQLAMA

İranda keçirilən aksiyalar daha ciddi vəziyyət almağa başlayıb. Etiraz aksiyaları Güney Azərbaycanın müstəqillik əldə etməsi üçün fürsət ola bilərmi?

 

Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən siyasi ekspert Abutalib Səmədovun sözlərinə görə, İranda iqtisadi vəziyyətin çətinləşməsi, İran rialının kəskin şəkildə dəyər itirməsi xırda sahibkarların etirazına gətirib çıxarıb ki, bu da etiraz hərəkatlarının başlamasına səbəb olub:

Radikal

“İqtisadi vəziyyətin çətinləşməsinin kökündə İrana qarşı tətbiq edilən sanksiyalar dayanır. İran ABŞ və Avropanın tələblərinə baxmayaraq nüvə proqramından imtina etmək istəmir və buna qarşı tətbiq edilən sanksiyalar da İranda iqtisadi vəziyyəti ağırlaşdırır. ABŞ-nin güc tətbiq edəcəyindən çəkinən İran hakimiyyəti hələlik daim tətbiq etdiyi zorakılıqdan çəkinir. Zorakılıq tətbiq edilməsə, bu etirazların qarşısını almaq da çox çətin olacaq. İran hakimiyyəti zorakı addımlara getməyə və etiraz hərəkatını yatırtmağa cəsarət edəcəkmi? Edərsə molla rejimi öz fəaliyyətini bundan sonra da davam etdirəcək. Cəsarət etməsə, İranda rejimin dəyişməsinə gətirib çıxara bilər”.

 

A.Səmədov qeyd edib ki, azərbaycanlıların yaşadığı ərazidə status dəyişikliyinin olması ehtimalı var: “Azərbaycan dilinə münasibət dəyişər, məktəblərin açılması və digər addımlar atıla bilər. İrandakı etiraz hərəkatı soydaşlarımızın yaşadığı ərazilərin müstəqilliyinə gətirib çıxara bilərmi? Bu, çox çətin məsələdir. Buna şərait yaransa da, dünya gücləri imkan verərlərmi? Məlumdur ki, ikinci dünya müharibəsindən sonra buna imkan verilmədi. İndiki halda da belə bir addıma gedilmə ehtimalı çox aşağıdır. Ancaq hər halda ümid edək ki, bu etiraz hərəkatı molla rejiminin sonunu gətirəcək və İranda yaşayan soydaşlarımız daha yaxşı şəraitdə, hüquqlarının daha çox təmin olunduğu bir dövlətdə yaşamaq imkanını əldə edəcəklər”.

 

Şəhanə Quliyeva

Tarix: 12 Yanvar 2026, 11:20   
Seçilən
21
pravda.az

1Mənbələr