AZ

“İran süqut edərsə, növbəti hədəf Türkiyə olacaq” - Tanınmış jurnalist

“Bu gün Türkiyə olaraq biz İranın yanında olmalıyıq. Çünki İran süqut edərsə, növbəti hədəf Türkiyə olacaq”.

Missiya.Az xəbər verir ki, bu sözləri türkiyəli tanınmış jurnalist Həsən Öztürk deyib.

“Buna görə də, bütün tərəddüdlərimizə baxmayaraq, 2003-cü ildən bəri bölgəmizdəki ölkələrin sərhədlərini yenidən çəkmək üçün Amerika və İsrail strategiyasına müqavimət göstərən İranı dəstəkləməliyik”, - deyə o vurğulayıb.

Öztürk qeyd edib ki, bizi narahat edən əsas məqam, Suriyanın və daha sonra İranın parçalanması gündəmə gəldikdə, növbəti hədəfin Türkiyə olmasıdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
23
missiya.az

1Mənbələr