AZ

İsrail ordusu Livana hücum etdi

İsrail ordusu Livanın cənubuna hava hücumu həyata keçirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, hücum nəticəsində bir nəfərin həyatını itirdiyi bildirilir.

Məlumata görə, İsrailin Livanın cənubundakı Nəbatiyyə vilayətinin Bint Cubeyl rayonunda bir nəqliyyat vasitəsini hədəf alıb.

İsrail ordusunun açıqlamasında isə Bint Cubeyl bölgəsində hədəf alınan şəxsin Hizbullah üzvü olduğu və qrupun hərbi infrastrukturunu yenidən qurma cəhdlərinə qatıldığı iddia edilib.

Seçilən
25
manset.az

1Mənbələr