AZ

Ötən il proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılanların sayı açıqlanıb

Bakı, 12 yanvar, AZƏRTAC

Ötən ilin yanvar-dekabr ayları ərzində 39 min 500 nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.

Bu barədə AZƏRTAC-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, onların 67,5 faizini kişilər, 32,5 faizini isə qadınlar təşkil edib.

 

 

Seçilən
22
azertag.az

1Mənbələr