AZ

Tramp sabah İrana qarşı addımları müzakirə edəcək - KİV

ABŞ Prezidenti Donald Tramp sabah İrana qarşı növbəti addımları müzakirə etmək üçün administrasiyanın yüksək vəzifəli rəsmiləri ilə görüşəcək.

Missiya.Az xəbər verir ki, bu barədə "The Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Bildirib ki, ABŞ dövlət katibi Marko Rubio, müharibə naziri Pit Heqset və general Den Keynin dekabrın 13-də keçiriləcək görüşdə iştirakı gözlənilir.

Məlumata görə, müzakirələr yeni başladığı üçün ABŞ liderinin görüşün nəticəsi olaraq yekun qərar verməsi ehtimalı azdır.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr