"Barselona"nın futbolçusu Pedri "Real Madrid"i məğlub etdikləri Superkubok oyununu şərh edib.

Offsideplus.az xəbər verir ki, o, "kral klubu"nu belə gözləmədiklərini açıqlayıb:

"Real Madrid geri çəkilib əks-hücumda oynayanda özünü rahat hiss edir.

Bunu etmək üçün oyunçuları var, lakin biz onların bu dərəcədə müdafiədə qapanaraq oynayacaqlarını gözləmirdik.

Sonda, ikinci hissədə oyuna nəzarəti ələ almağı bacardıq və Rafinyanın qolu bizə qələbə qazandırdı".

Qeyd edək ki, "Barselona" "El Klasiko"da "Real Madrid"i 3:2 hesabı ilə məğlub edərək tarixində 16-cı dəfə İspaniya Superkubokunu qazanıb.