AZ

ABŞ-da bir şəxs milyonlarla dollar dəyərində xəzinə aşkar edib

ABŞ-da bir kişi cəmi 500 dollara köhnə saxlanc dolabı (depolama bölməsi) alıb və onun içindən 7,5 milyon dollar dəyərində pul olan seyf tapıb.

Editor.az xəbər verir ki, bu barədə Metro qəzeti məlumat yayıb.

Maraqlı hadisə məşhur “Storage Wars” televiziya proqramında hərrac aparıcısı Den Dotson tərəfindən danışılıb. Onun sözlərinə görə, aylarla ödənişi edilməyən saxlanc bölmələri hərraca çıxarılır və adətən bu bölmələrin içində nə saxlanıldığı əvvəlcədən məlum olmur.

Dotson bildirib ki, əksər hallarda tapılan seyflər boş olur. Lakin bu dəfə vəziyyət fərqli olub. Belə ki, alınan saxlanc dolabının içindən 7,5 milyon dollar olan seyf çıxıb. Seyfin əvvəlki sahibinin bu qədər böyük məbləği necə əldə etdiyi isə hələ də sirr olaraq qalır. Ehtimallara görə, həmin şəxs köçmüş və ya həbs olunmuş ola bilər ki, bu səbəbdən saxlanc bölməsinin ödənişini dayandırıb.

Qeyd edək ki, daha əvvəl ABŞ-da dənizçilərin təxminən 300 il əvvəl batmış bir gəmidə 1 milyon dollar dəyərində xəzinə tapdıqları barədə də məlumat yayılmışdı. Həmin pullar Yeni Dünyadan İspaniyaya sərvət daşıyan 11 gəmidən ibarət İspan donanmasının yükünün bir hissəsi olub.

// Gülnarə Abasova, Editor.az

Seçilən
1
editor.az

1Mənbələr