AZ

ABŞ Prezidenti: NATO-nun lazım olanda yanımızda olacağına əmin deyiləm

ABŞ Prezidenti Donald Tramp NATO-ya müsbət yanaşsa da, zərurət yaranacağı halda alyansın ABŞ-ın yanında olub-olmayacağına tam əmin olmadığını bildirib.

APA xəbər verir ki, Tramp bunu jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, ABŞ NATO üçün böyük maliyyə xərcləri çəkir, lakin alyans üzvlərinin eyni səviyyədə Vaşinqtona dəstək verib-verməyəcəyi sual altındadır.

Tramp vurğulayıb ki, NATO-ya ehtiyac yaranacağı təqdirdə alyansın ABŞ-ın yanında olub-olmayacağına dair tam əminlik yoxdur.

ABŞ Prezidenti NATO ilə bağlı mümkün nəticələrə də toxunaraq bildirib ki, bu vəziyyət alyansa təsir edərsə, qoy etsin: “Biz onlara daha çox lazımıq, nəinki onlar bizə”.

Seçilən
13
4
apa.az

5Mənbələr