“Rux”un futbolçusu Denis Pidqurski “Neftçi”yə maraq göstərməyə başlayıb.
Sportinfo.az xəbər verir ki, o, şəxsi “instaqram“ səhifəsində “ağ-qaralar”ı izləməyə alıb.
Belə ki, haqqında transfer iddiaları çıxdıqdan sonra paytaxt klubunu “follou” edib.
Ukrayna mətbuatı Pidqurskinin “Neftçi”y ə keçəcəyi ilə bağlı xəbər yayıb. Yerli həmkarlarımızın iddiasına görə, Yuri Vernidub yaxşı tanıdığı 22 yaşlı gənci israrla Bakıya gətirməyə çalışır.
Dayaq yarımmüdafiəçisinin "Rux"la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, "Karpatı"nın yetirməsidir.
