AZ

Britaniya Qrenlandiyaya qoşun göndərməyi planlaşdırır –ÖZƏL

Böyük Britaniyanın Baş naziri Kir Starmer, Donald Trampın Qrenlandiya ilə bağlı iddialı ritorikası fonunda adaya kral qoşunlarının yerləşdirilməsi imkanlarını nəzərdən keçirir.

Olaylar.az xəbər verir ki, "The Independent" nəşrinin yaydığı məlumata görə, söhbət NATO-nun bölgədəki missiyası çərçivəsində Britaniya əsgərlərinin, hərbi gəmilərinin və təyyarələrinin bu əraziyə göndərilməsindən gedir. Bu addım Trampın ərazini nəzarətə götürmək niyyəti ilə bağlı bəyanatlarından sonraya təsadüf edir.

Mənbələr bildirir ki, Britaniya hərbi rəhbərliyi Uzaq Şimalın təhlükəsizliyini gücləndirmək üçün xüsusi planlar hazırlayır. Bununla belə, Nəqliyyat naziri Heydi Aleksander məsələyə münasibət bildirərək qeyd edib ki, Arktikanın təhlükəsizliyi ilə bağlı müzakirələr NATO-nun gündəlik fəaliyyətinin bir hissəsidir. Nazir həmçinin vurğulayıb ki, bu planlar ABŞ tərəfindən hər hansı real təhlükənin mövcudluğunu əks etdirmir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr