AZ

TƏBİB minaya düşüən şəxsin vəziyyətini açıqladı

TƏBİB Ağdərədə minaya düşən Elvin Kərimovun vəziyyəti açıqlanıb.

"Yeni Sabah" xəbər verir ki, 1988-ci il təvəllüdlü yaralının müalicəsi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.

"Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir", - məlumatda qeyd olunub.

Xatırladaq ki, partlayış işgaldan azad edilmiş Ağdərə rayonunun Qızıloba kəndi ərazisində baş verib. Yaralı humanitar minatəmizləmə əməliyyatlarına cəlb edilən qeyri-hökumət təşkilatının əməkdaşı Elvin Kərimovdur.

 


Telegram kanalımız
Seçilən
17
yenisabah.az

1Mənbələr