ABŞ prezidenti Donald Tramp bazar günü Kubanın ABŞ ilə razılaşma əldə etməli olduğunu bildirib və ada ölkəsinin artıq neft və ya pul almayacağı barədə xəbərdarlıq edib.
Turkustan.az xəbər verir ki, Tramp sosial media platforması Truth Social-da verdiyi açıqlamada bildirib ki, "Uzun illər Kuba Venesueladan gələn külli miqdarda neft və pul hesabına yaşayıb. Bunun müqabilində Kuba son iki Venesuela diktatoruna "təhlükəsizlik xidmətləri" göstərib, AMMA ARTIQ YOX! Bu kubalıların çoxu ötən həftə ABŞ-ın hücumunda öldürülüb və Venesuelanın artıq onları illərdir girov saxlayan quldurlardan və qəsbkarlardan qorunmağa ehtiyacı yoxdur".
ABŞ prezidenti bildirib ki, "Venesuela artıq dünyanın ən güclü ordusuna malikdir (indiyə qədər!) və biz onları qoruyacağıq. Artıq Kubaya neft və ya pul getməyəcək - SIFIR!"
Tramp açıqlamasını Kubaya xəbərdarlıqla yekunlaşdıraraq dedi: "Onlara çox gec olmamışdan əvvəl razılaşma əldə etmələrini şiddətlə tövsiyə edirəm. Bu məsələyə marağınız üçün təşəkkür edirəm".
Aytən Yaşar/ Turkustan.az