AZ

Azərbaycanda 13 milyon manatlıq şirkətin nizamnamə kapitalından 8,5 milyon manat götürülür

“Petrokem Qrup” MMC (VÖEN: 1500220591) nizamnamə kapitalının 8 milyon 508 min 500 manat azaldılaraq 4 milyon 581 min 500 manat müəyyən edildiyini elan edilir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, “Petrokem Qrup” MMC-nin debitor və kreditorları bu barədə xəbərdar edilir və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən kreditorların nizamnamə kapitalı azaldılan hüquqi şəxsin öhdəliklərinin xitam verilməsini, vaxtından əvvəl icra olunmasını və zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqlarının olması bildirilir.
Əlaqə telefonu: +994552401221;
Ünvan: AZ1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şossesi, 29-cu km., ev 8

Qeyd edək ki, şirkətin hazırkı nizamnamə kapitalı 13 milyon 90 min manatdır.

“Petrokem Qrup” MMC 15 noyabr 2004-cü ildə yaradılıb, qanuni təmsilçisi Əliyev Fərhad Əhəd oğludur.

Seçilən
27
fed.az

1Mənbələr