AZ

Hakerlər Ronaldu, Bruno Fernandeş barədə təhrif edilmiş informasiyalar dərc ediblər

Naməlum hakerlər “Mançester Yunayted”in kapitanı Bruno Fernandeşin “X” sosial şəbəkəsindəki hesabını ələ keçirərək bir sıra təxribat xarakterli paylaşımlar ediblər.

İdman.Biz xəbər verir ki, bu barədə İngiltərə KİV məlumat yayıb.

Hesabda “Mançester Yunayted”ə qarşı təhqiramiz ifadələr yer alıb və klubun dağıdılmasına çağırış edilib.

Bundan başqa, paylaşımlarda “Komo”nun tanınmış futbolçusu Alişa Lemanna sevgi etirafları yer alıb.

Eyni zamanda, Kriştianu Ronaldunun karyerasını başa vuracağı ilə bağlı saxta “insayd” məlumat paylaşılıb.

Seriyanın sonunda isə Fernandeşin guya İngiltərə kriket millisinə keçidi ilə bağlı absurd anons verilib.

İdman.Biz
Seçilən
29
idman.biz

1Mənbələr