AZ

“ABŞ İran rejiminin etirazçılara atəş açmasına biganə qalmayacaq” - Donald Tramp

“İran hakimiyyəti Vaşinqtonla danışıqlara başlamaq üçün müraciət edib”.

Missiya.Az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə müsahibəsi zamanı məlumat verib.

Onun sözlərinə görə, İran liderləri dekabrın 10-da onunla əlaqə saxlayaraq dialoq təklif ediblər.

Tramp qeyd edib ki, Tehran–Vaşinqton xəttində vasitəçilik edən Oman rəsmiləri yaxın vaxtlarda İrana səfər ediblər.

Ancaq ABŞ Prezidenti danışıqlar mövzusunun gündəmə gəlməsindən əvvəl İranda etirazçılara qarşı zorakılığa cavab veriləcəyini bəyan edib.

Tramp əlavə edib ki, ABŞ İran rejiminin etirazçılara atəş açmasına biganə qalmayacaq və əvvəlcə nümayişçilərin dəstəklənməsi məsələsi ön planda olacaq.

O bildirib ki, İran hakimiyyəti artıq ABŞ-nin müəyyən etdiyi qırmızı xətti keçib.

Tramp həmçinin vurğulayıb ki, Vaşinqtonun qarşısında çox çətin seçimlər var və bu qərarlar yaxın zamanda veriləcək.

Daşqın HəsənovMissiya.Az

Seçilən
17
missiya.az

1Mənbələr