Venesuelada baş verən hadisələr dünya siyasətində böyük rezonans doğurub: ABŞ ordusunun 3 yanvar tarixində keçirdiyi hərbi əməliyyat nəticəsində Venesuela Prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Flores həbs olunub. Hazırda Amerikada saxlanılan eks-prezident və xanımı məhkəmə qarşısına çıxarılıb, onlara 4 maddə üzrə ittiham elan olunub.
Siliya Flora 1956-cı ildə Venesuelada anadan olub, vəkil ixtisasına malikdir və uzun müddət ölkə siyasətində fəal rol oynayıb. O, 2006-2011-ci illərdə parlamentin sədri və 2012-2013-cü illərdə baş prokuror vəzifəsində çalışıb, 2013-cü ildən isə ərinin prezidentliyi dövründə “birinci xanım” statusu daşıyıb.
Siliya Flores həm hüquqşünas kimi peşəkar karyera qurub, həm də dövlət qurumlarında rəhbər vəzifələrdə çalışaraq əsas siyasi fiqurlardan biri olub. O, Nikolas Maduro ilə evlilikdən əvvəl də siyasət arenasında tanınan sima olub və 1990-cı illərdən etibarən ərinin tərəfdaşı kimi siyasi həyatın mərkəzində yer alıb.
İndi S.Flores də əri ilə birlikdə ABŞ ədalət sistemi qarşısında cavab verməkdədir və bu, dünya ictimaiyyətinin diqqətini çəkən aktual siyasi və hüquqi prosesə çevrilib.
Nikolas Maduro ABŞ tərəfindən devrilən ilk lider deyil. Tarixdə ABŞ xüsusi xidmətləri və hərbi qüvvələrinin xarici dövlət rəhbərlərini saxlayıb ekstradisiya etdiyi hallar bir neçə dəfə təkrarlanıb. Belə olduğu halda devrilən liderlərin həyat yoldaşlarının taleyi də maraq doğurur.
Ölkə.az bir sıra ölkələrdə devrilən diktatorların həyat yoldaşlarının taleyini təqdim edir: