AZ

Meyvə şirələrinin istehsal həcmi artıb

2025-ci ilin yanvar-noyabr aylarında ölkədə 4 003,2 min dekalitr meyvə şirələri istehsal edilib ki, bu da 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,4 faiz və ya 94,2 min dekalitr çoxdur.

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, oktyabr ayı ilə müqayisədə isə noyabrda istehsal həcmində 42,8 faiz və ya 145,1 min dekalitr artım qeydə alınıb. Noyabr ayında 483,7 min dekalitr meyvə şirələri istehsal edilib.

Dekabr ayının 1-nə hazır məhsul ehtiyatı 616,5 min dekalitr təşkil edib.

Seçilən
3
vergiler.az

1Mənbələr