AZ

Tramp özünü Venesuela prezidenti “elan etdi” – FOTO

ABŞ Prezidenti Donald Tramp özünü “Venesuela Prezidenti vəzifələrinin icraçısı” elan edib.

KONKRET.az xəbər verir ki, o, bununla bağlı “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Wikipedia” məlumatları şəklində hazırlanmış fotoda ABŞ liderinin 2026-cı ilin yanvar ayından etibarən həm də Venesuela Prezidenti vəzifələrini icra etdiyi qeyd olunub.

Bu, Donald Trampın ilk belə paylaşımı deyil. Belə ki, Roma Papası Fransisk ötən ilin aprel ayında vəfat etdikdən bir neçə gün sonra Tramp özünün Roma Papası obrazında təsvir olunduğu foto paylaşmışdı.

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində ölkə Prezidenti Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. (qafqazinfo)

Seçilən
23
3
konkret.az

4Mənbələr