AZ

Koffi İranda etirazlar fonunda Azərbaycanı “hazır olmağa” çağırıb

Hudson İnstitutunun aparıcı eksperti Luke Koffi İranda davam edən kütləvi etirazlar fonunda X sosial şəbəkəsində Azərbaycan bayrağı ilə paylaşım edərək “Be prepared” (“Hazır olun”) yazıb.

Ekspertlər hesab edirlər ki, bu mesaj İranda dərin siyasi sabitliyin pozulması, o cümlədən ölkənin parçalanması riskinə işarədir.

Bildirilir ki, bölgədə baş verə biləcək proseslər regional təhlükəsizlik mühitinə ciddi təsir göstərə bilər.

Bəzi analitiklərin fikrincə, paylaşım eyni zamanda İran Azərbaycanında mümkün siyasi və ictimai meyllərə, o cümlədən Azərbaycanla birləşmə ideyalarının güclənə biləcəyi ehtimallarına dolayı mesaj kimi də qiymətləndirilə bilər.

N.Təbrizli

Seçilən
50
anews.az

1Mənbələr