Bakı. Trend:
1990-cı illərdə Azərbaycan Respublikasının dövlət müstəqilliyinibərpa etməsi ilə ölkədə müasir medianın formalaşması üçün də genişimkanlar ortaya çıxdı. Aparılan köklü islahatlar nəticəsindəsenzura və söz azadlığını məhdudlaşdıran süni maneələr aradanqaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqiqanunvericilik bazası yaradıldı. Eyni zamanda, redaksiyalarındavamlı inkişafı və iqtisadi müstəqilliyinin artırılması,jurnalistlərin sərbəst fəaliyyətinin təmin olunması istiqamətindəardıcıl tədbirlər həyata keçirildi.
Trend xəbərverir ki, Azərbaycan mediası bu dövr ərzində özünəməxsus inkişafyolu keçərək, ölkədə və dünyada baş verənlər haqqında cəmiyyətinməlumatlandırılmasında, xalqımızın haqq səsinin beynəlxalqictimaiyyətə çatdırılmasında fəal rol oynayıb. Müasir dövrdə isəcəmiyyətin bütün sahələrində aparılan köklü islahatlar, qlobalinformasiya məkanında sürətlə baş verən dəyişikliklər vəkommunikasiya vasitələrinin inkişafı medianın fəaliyyətindəkeyfiyyət dəyişikliyini zəruri edir.
Qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyətprinsiplərinə uyğun olaraq modernləşmə, rasionallıq, qabaqcıltexnologiyaların tətbiqi, aparıcı trendlərin izlənilməsi və digərmühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığıimkanlardan Azərbaycan mediasının daha çox bəhrələnməsi, onunşəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan,cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmətedən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə əsaslıislahatların aparılmasına zərurət yaranıb.
Azərbaycan Respublikasında medianın inkişafının dəstəklənməsi,bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeniinformasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarıntətbiqinin stimullaşdırılması məqsədilə Azərbaycan RespublikasıPrezidentinin “Azərbaycan Respublikasında media sahəsindəislahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvartarixli 1249 nömrəli Fərmanı ilə Azərbaycan RespublikasınınMedianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb.
Medianın İnkişafı Agentliyi medianın inkişafının dəstəklənməsi,media sahəsində mütəxəssislər hazırlanması və onların əlavətəhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərininvə informasiya agentliklərinin, habelə jurnalistlərin və digərmedia işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeniinformasiya-kommunikasiya texnologiyalarının və innovasiyalarıntətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərənpublik hüquqi şəxsdir.
Müvafiq sahənin inkişafının təmini, bu sahədə dövlət siyasətininformalaşdırılmasında və həyata keçirilməsində fəaliyyət, aidiyyətidövlət orqanları ilə əməkdaşlıq, təkliflərin işlənibhazırlanmasında və həyata keçirilməsində iştirak AzərbaycanRespublikasının Medianın İnkişafı Agentliyinin əsas fəaliyyətistiqamətləridir.
Son illər Azərbaycanın media qurumları ilə Avropa ölkələrininaparıcı informasiya agentlikləri arasında əməkdaşlıq əlaqələrigetdikcə genişlənir, birgə layihələr, jurnalist mübadiləsiproqramları və təlimlər həyata keçirilir ki, burada da Medianınİnkişafı Agentliyinin rolu danılmazdır.
MEDİA, həmçinin qlobal informasiya məkanında meydana çıxan yeniçağırışları müzakirə etmək və ortaq məqsədlərə çatmaq üçün səmərəliplatformalar olan bir sıra beynəlxalq tədbirlərin ölkəmizdətəşkilində də xüsusi fəallıq göstərir.
Yaradılmasından qısa müddət, beş il keçməsinə baxmayaraq, qurumAzərbaycan mediasının modernləşməsi, peşəkarlıq səviyyəsininyüksəldilməsi və şəffaf fəaliyyətinin təmin olunmasında mühümnəticələrə imza atıb. Görülən işlərin nəticəsidir ki, Azərbaycanmediası getdikcə həm yerli, həm də beynəlxalq aləmdə etibarlı vəpeşəkar informasiya mənbəyi kimi mövqeyini gücləndirir.