AZ

"Real" ilk dəfə belə aqibətlə üzləşdi: "El klasiko"da qeyri-adi rekord

İspaniya Superkubokunun finalında “Barselona” ilə “Real” üz-üzə gəlib.

Publika.az xəbər verir ki, qarşılaşma kataloniyalıların 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Bu nəticə ilə “Barselona” tarixində ilk dəfə “Real”ı ardıcıl üç finalda məğlub edib. Ötən il Superkubokunun finalında katalonlar Madrid təmsilçisini 5:2 hesabı ilə üstələyib. Daha əvvəl keçirilən turnirin həlledici görüşündə isə “Real” əlavə vaxtda 2:3 hesabı ilə uduzub.

Final oyunu həm də qeyri-adi bir rekordla yadda qalıb. İlk hissəyə əlavə olunan dəqiqələrdə ardıcıl üç qol qeydə alınıb. 45+2-ci dəqiqədə “Real”ın vingeri Vinisius fərqlənib, 45+4-cü dəqiqədə “Barselona”nın hücumçusu Robert Levandovski cavab qolunu vurub, 45+6-cı dəqiqədə isə madridlilərin futbolçusu Qonsalo Qarsiya hesabı dəyişib. Beləliklə, XXI əsrdə ilk dəfə "El-klasiko"nun birinci hissəsində əlavə olunmuş vaxtda üç qol vurulub.

Seçilən
32
publika.az

1Mənbələr