"Qarabağ" komandası bu gün Türkiyə təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirəcək.
Teleqraf xəbər verir ki, mövsümün ikinci yarısına Antalya şəhərində hazırlaşan Ağdam təmsilçisi Özbəkistanın "Neftçi" klubu ilə gücünü sınayacaq.
"Gloria Sports Arena"da təşkil ediləcək qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 18:00-da səslənəcək.
Azərbaycanın digər komandalarından "Sumqayıt" bu gün Serbiyanın OFK, "Zirə" isə Rumıniyanın "Çiksereda" klubu ilə üz-üzə gələcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında növbəti turun oyunları 23-25 yanvarda baş tutacaq.