AZ

45 il əvvəlki biabırçılıq yenə yaşandı

“Mançester Yunayted” İngiltərə Kubokunun 3-cü mərhələsində “Brayton”a 1:2 hesabı ilə məğlub olaraq turnirdəki çıxışını dayandırıb.

Publika.az xəbər verir ki, bundan əvvəl mankunianlar Liqa Kubokunda da uğursuzluqla üzləşiblər. Komanda ikinci raundda “Qrimsbi Taun”la əsas vaxtı 2:2 başa çatan oyundan sonra penaltilər seriyasında 11:12 hesabı ilə uduzaraq mübarizəni erkən başa vurmuşdu. Beləliklə, “Yunayted” hər iki turnirdə ilk oyunda məğlub olaraq yarışlardan kənar qalıb.

"Opta"nın məlumatına görə, klub Liqa Kuboku və İngiltərə Kubokunda ilk mərhələdə eyni mövsümdə mübarizəni dayandırmağı sonuncu dəfə 1981/82 mövsümündə yaşayıb.

Premyer Liqanın turnir cədvəlində hazırda 7-ci pillədə qərarlaşan “Mançester Yunayted” növbəti matçını “Mançester Siti”yə qarşı keçirəcək.

Seçilən
47
publika.az

1Mənbələr