ain.az, Baku.ws portalına istinadən məlumat verir.
ABŞ administrasiyası İranda baş verən hadisələrə cavab olaraq müxtəlif ssenariləri, o cümlədən güc tətbiqi ehtimalını nəzərdən keçirir.
BAKU.WS xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında bildirib.
Florida ştatındakı Mar-a-Laqo iqamətgahından Vaşinqtona səfəri zamanı təyyarədə mediaya danışan Tramp, İrandakı vəziyyətlə bağlı konkret addımların müzakirə olunduğunu qeyd edib. Onun sözlərinə görə, hərbi müdaxilə də daxil olmaqla bir sıra variantlar qiymətləndirilir.
Eyni zamanda ABŞ prezidenti Vaşinqtonun İranda internetə çıxışın bərpasına texniki dəstək göstərə biləcəyini də istisna etməyib. Tramp bu imkanın real olduğunu vurğulayaraq, alternativ rabitə vasitələrinin təmin edilməsi məsələsinin gündəmdə olduğunu bildirib.
Ağ Ev rəhbəri əlavə edib ki, bu çərçivədə "Starlink" peyk interneti layihəsinin də müzakirəsi mümkündür. O qeyd edib ki, məsələ ilə bağlı şirkətin sahibi İlon Maskla əlaqə saxlamaq niyyəti var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.