AZ

Qəzada gənc oğlanın ölümünə səbəb olan sərxoş sürücüyə AĞIR CƏZA

Şəki Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Valeh Xankişiyevin cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xaliq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü o, 6 il müddətə azadlıqdan məhrum edilib.


İttihama görə, hadisə 01 avqust 2024-cü il tarixdə saat 01:41-də radələrində Ağdaş şəhəri ərazisində qeydə alınıb.


Belə ki, Valeh Xankişiyevin idarə etdiyi “VAZ-2106” markalı avtomobil idarəetmədən çıxaraq ağaca çırpılıb.


Nəticədə nəqliyyat vasitəsindəki sərnişin, 2003-cü il təvəllüdlü Hüseynov Elton Müşviq oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb, sürücü və digər 3 sərnişin isə xəstəxanaya yerləşdirilib.


Hadisədən sonra Valeh Xankişiyev saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.


İttihamda göstərilib ki, hadisə zamanı sürücü sərxoş vəziyyətində olub.


Kamal Məmmədov

Tarix: 12 Yanvar 2026, 08:14   
Seçilən
38
pravda.az

1Mənbələr