ain.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.
İranın keçmiş şahının oğlu və ABŞ-da mühacirətdə olan İran müxalifətinin aparıcı fiquru Rza Pəhləvi hökumətin geniş yayılmış etiraz hərəkatını yatırmağa çalışdığı bir vaxtda İran təhlükəsizlik qüvvələrini xalqa qoşulmağa çağırıb.
Bakıvaxtı.az “LeFigaro.fr”ə istinadən xəbər verir ki, Rza Pəhləvi özünün “X” hesabında yazıb: “Dövlət qurumlarının işçiləri, eləcə də silahlı və təhlükəsizlik qüvvələrinin üzvləri bir seçim etməlidirlər: ya xalqla birlikdə durub millətin müttəfiqi olmalıdırlar, ya da xalqın qatilləri ilə əlbir olub, millətin əbədi rüsvayçılığı və qınağına dözməlidirlər”.
Aydın Baxış
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.