AZ

Xəzər dənizdəki qazma-burğu qurğularına zərbə endirilib

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus obyektlərə növbəti genişmiqyaslı zərbələr endirib.

Ekologiya.az xəbər verir ki, Ukrayna hərbçiləri Xəzər dənizində “Lukoil” şirkətinə məxsus dənizdəki qazma-burğu qurğularını hədəfə alıb.

Rəsmi açıqlamada bildirilir ki, həmin platformalar Rusiya işğalçı qüvvələrinin texniki və logistik təminatında istifadə olunurdu.

Eyni zamanda digər istiqamətlərdə də ağır zərbələr qeydə alınıb:

İşğal altında olan Luqansk vilayətində Rusiya ordusuna məxsus “Buk-M3” hava hücumundan müdafiə kompleksi sıradan çıxarılıb.

Xerson vilayətinin müvəqqəti işğal altındakı ərazisində isə 49-cu ordunun maddi-texniki təminat anbarı vurulub.

Ukrayna Müdafiə Nazirliyi hücumların davam edəcəyini açıq şəkildə bəyan edib. Bu açıqlama Kiyevin Rusiya ordusuna qarşı əməliyyat coğrafiyasını daha da genişləndirdiyini göstərir.

Musavat.com

Seçilən
12
ekologiya.az

1Mənbələr