AZ

Qrenlandiya ilhaq edilərsə, NATO mövcudluğunu davam etdirə bilməyəcək

Vaşinqton Qrenlandiyanı ilhaq edərsə, NATO mövcudluğunu davam etdirə bilməyəcək. Bu fikri Danimarka Parlamentinin Müdafiə Komitəsinin sədri Rasmus Jarlov Sloveniyanın "Delo" qəzetinə verdiyi müsahibədə bildirib.

"Amerikalılar digər ittifaq üzvlərinin ərazilərini ələ keçirmək hüquqlarına malik olduqlarına inanırlarsa, NATO-nun mövcud ola biləcəyinə inanmıram. Biz ABŞ-ın ən sadiq müttəfiqlərindən biriyik. Digər ölkələr dəfələrlə bizi amerikalılara həddindən artıq sadiq olduğumuz üçün tənqid ediblər, çünki biz İraq və Əfqanıstanı işğal etmişik və onlara Danimarkadan kəşfiyyat məlumatlarına çıxış imkanı vermişik. Buna görə də, amerikalılar bizə hücum etsələr, sözün əsl mənasında heç kim təhlükəsiz olmayacaq. Buna görə də dünyanın qalan hissəsi də narahat olmalıdır", - deyə danimarkalı deputat qeyd edib.

Siyasətçi həmçinin adanın ABŞ tərəfindən hipotetik şəkildə ilhaq edilməsini "tarixdə ən əsassız ərazi tələbi" adlandırdı, çünki bu, faktiki olaraq Vaşinqtonun müttəfiqinə qarşı yönəlib. Yarlov vurğuladı ki, Kopenhagenin razılığı olmadan adanın ABŞ-a ilhaq edilməsi təkcə beynəlxalq hüququn deyil, həm də ikitərəfli müqavilələrin pozulması olardı.

ABŞ prezidenti Donald Tramp dəfələrlə Qrenlandiyanın ABŞ-a qoşulmasının zəruriliyini bildirib.

Qrenlandiya Danimarkanın muxtar ərazisidir. 1951-ci ildə Vaşinqton və Kopenhagen, NATO müttəfiqlik öhdəliklərinə əlavə olaraq, müdafiə müqaviləsi imzaladılar. Bu müqaviləyə əsasən, ABŞ adanı mümkün təcavüzdən qorumağı öhdəsinə götürdü.

Əziz Mustafa

Seçilən
13
1
oxumeni.az

2Mənbələr