BAKI, 12 yanvar. TELEQRAF
Danimarkanın baş naziri Mette Frederiksen ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı təhdidləri fonunda ölkəsinin “taleyüklü bir mərhələdə” olduğunu bildirib və Vaşinqtonu NATO qarşısında öhdəliklərdən geri çəkilməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, Frederiksen bu açıqlamanı bazar günü keçirilən siyasi mitinqdə partiya liderlərinin debatında səsləndirib. Onun sözlərinə görə, Danimarka hazırda yol ayrıcındadır və baş verənlər təkcə Qrenlandiya məsələsindən daha geniş geosiyasi nəticələr doğura bilər.
“Əgər amerikalı tərəfdaşlarımızın Qərb alyansından və NATO əməkdaşlığından geri çəkildiyini, üstəlik müttəfiqini hədələdiyini görürüksə, bu, əvvəllər rastlaşmadığımız bir vəziyyətdir və hər şeyin dayanması deməkdir”, - deyə Frederiksen vurğulayıb.