Vaşinqton, 12 yanvar, AZƏRTAC
ABŞ federal prokurorlarları Federal Ehtiyat Sisteminin (FED) sədri Jerom Pauelə qarşı cinayət işi açıblar.
AZƏRTAC xəbər verir ki, bu barədə FED sədri açıqlama yayıb. O, cinayət işinin Mərkəzi Bankın Vaşinqtondakı qərargahında aparılan 2,5 milyard dollarlıq təmir işləri ilə bağlı olduğunu deyib. Pauel bu addımın ABŞ administrasiyasının ona davamlı təzyiqləri fonunda atıldığını iddia edib.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə FED rəhbərindən uçot dərəcələrini aşağı salmasını tələb edib. Bunun baş verməməsi onun Pauelə münasibətlərinin gərginləşməsinə səbəb olub.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton