Bakı, 12 yanvar, AZƏRTAC
Avropa İttifaqı qitədə dislokasiya olunmuş ABŞ qoşunlarını əvəzləyəcək ümumi orduya malik olmalıdır.
AZƏRTAC xəbər verir ki, bu açıqlama ilə Avropa İttifaqının müdafiə komissarı Andrius Kubilius çıxış edib.
Litvanın keçmiş Baş naziri hesab edir ki, qitəni daha yaxşı qorumaq üçün azı 100 min nəfərlik daimi Avropa silahlı qüvvələrinə ehtiyac var. Kubilius həmçinin, qitənin böyük ölkələrinin iştirakı ilə müdafiə şurasının da yaradılmasını təklif edib.