AZ

İranda üç günlük matəm elan edildi

İran hökuməti ölkədə baş verən kütləvi iğtişaşlar zamanı onlarla insanın həlak olması ilə əlaqədar üç günlük matəm elan edib.

Musavat.com xəbər verir ki, bu barədə İranın dövlət televiziyası Press TV məlumat yayıb. Bildirilir ki, matəm qərarı iğtişaşlar zamanı onlarla iranlının, o cümlədən təhlükəsizlik qüvvələrinin nümayəndələrinin həyatını itirməsi ilə bağlı verilib.

Məlumatda qeyd olunur ki, hökumət həlak olanların ailələrinə başsağlığı verib və hadisələrin araşdırıldığını açıqlayıb.

Xatırladaq ki, daha əvvəl Reuters agentliyi hüquq-müdafiə təşkilatlarına istinadən iğtişaşlar zamanı 490 etirazçının və 48 təhlükəsizlik qüvvəsi əməkdaşının öldüyünün təsdiqləndiyini yazmışdı. Rəsmi Tehran isə ölənlərin real sayı ilə bağlı alternativ rəqəmlər açıqlamayıb.

Hadisələrlə bağlı ölkədə gərginliyin davam etdiyi bildirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
27
olaylar.az

1Mənbələr