AZ

Fransalı fermerlər etiraz aksiyalarını davam etdirirlər

Bakı, 12 yanvar, AZƏRTAC

Fransalı fermerlər MERCOSUR razılaşmasına qarşı etiraz aksiyalarını davam etdirirlər.

AZƏRTAC xəbər verir ki, fermerlər bazar ertəsi günü ölkənin 2 əsas yolunda baryerlər qurmağı planlaşdırırlar. Baryerlərdən biri Havr limanı ətrafında, digəri isə A1 magistralında olacaq. Sözügedən 2 yolla Fransadan əsas yüklər daşınır.

Həftə ərzində italiyalı, polşalı və irlandiyalı fermerlərin də fransalı etirazçılara dəstək verəcəyi gözlənilir.

Seçilən
74
4
azertag.az

5Mənbələr