Madridin "Real" klubunun qapıçısı Tibo Kurtua İspaniya Superkubokunun finalında "Barselona"ya uduzduqları oyundan sonra komandasının çıxışını dəyərləndirib.
İdman.Biz xəbər verir ki, belçikalı qolkiper xüsusilə Vinisiusun yaratdığı təhlükələrdən yararlana bilmədiklərini vurğulayıb.
"Bu gün Vinisinin oyunundan tam istifadə edə bilmədik, o onlar üçün əsl kabus idi və biz bundan yararlana bilmədik. Oyunu qazana bilərdik. Birinci hissədə bəlkə də çox ehtiyatlı oynadıq və çox müdafiəyə çəkildik. İkinci hissədə onlar bir az temp saldılar, bizdə epizodlar oldu, amma top sadəcə qapıya girmirdi. İkinci hissədə qələbəyə layiq idik. Birinci qolu səhv ucbatından buraxdıq: top uzaq dirəyə dəyib qapıya daxil oldu, üçüncü qol isə Rauldan rikoşetlə qapıya yönəldi. Məhz bu detallar həlledici olur. Şanslarımız var idi, amma top Joan Qarsiyanın əlində qalırdı", - deyə Tibo Kurtua bildirib.