AZ

SDQ döyüşçüləri Hələbdən çıxarılır

PKK terror təşkilatının bir qolu olan "Suriya Demokratik Qüvvələri"nin (SDQ) 400-dən çox yaraqlısı Hələb şəhərindən çıxarılıb.

“İki sahil” xəbər verir ki, bu barədə "Asharq Al-Awsat" qəzetinə respublikanın Daxili İşlər Nazirliyinin nümayəndəsi məlumat verib.

Onun məlumatına görə, yaraqlılar şənbə günü hökumət qoşunları və daxili təhlükəsizlik qüvvələri tərəfindən təmizlənən Əşrəfiyə və Şeyx Maqsud məhəllələrində olublar.

"59-u yaralı olmaqla, 419 yaraqlı çıxarılıb. Daha 300 nəfər, o cümlədən SDQ-yə tabe olan "Asaiş" polis xidmətinin əməkdaşları şəhərdən çıxışda həbs edilib", – deyə rəsmi şəxs bildirib.

Qeyd edək ki, yanvarın 6-dan başlayaraq SDQ-nin atəşləri nəticəsində 24 nəfər həlak olub, 129 nəfər yaralanıb.

Seçilən
92
1
ikisahil.az

2Mənbələr