Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"Google" şirkəti süni intellektin təqdim etdiyi tibbi məlumatlarda səhvlər aşkarlandıqdan sonra bəzi axtarış nəticələrini silib.
Bu barədə Oxu.Az "Daily Afisha"ya istinadən məlumat verir.
Araşdırılan ən təhlükəli nümunələrdən biri "qaraciyər qan analizləri üçün normal diapazon nədir?" sorğusu üzrə qeyri-dəqiq məlumat olub. Süni intellekt istifadəçilərə kontekst olmadan və yaş, cins, etnik mənsubiyyət, habelə digər fərdi amilləri nəzərə almadan yalnız bir sıra rəqəmlər təqdim edib.
Nəticədə "Google" qaraciyər sağlamlığı, xərçəng və ruhi xəstəliklər də daxil olmaqla bir sıra tibbi sorğular üçün süni intellekt xülasəsi funksiyasını deaktiv edib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.