ain.az, 525.az portalına istinadən məlumat yayır.
Pakistanın Hayber Paxtunxva əyalətində təhlükəsizlik qüvvələri terrorçulara qarşı əməliyyat keçirib.
525.az “Dawn” qəzetinə istinadən xəbər verir ki, bu barədə Pakistan Ordusunun İctimaiyyətlə Əlaqələr Bölməsi məlumat yayıb.
Bildirilib ki, vilayətin Şimali Vəziristan və Kurram bölgələrində Pakistan təhlükəsizlik qüvvələrinin keçirdiyi çoxsaylı kəşfiyyat əməliyyatları nəticəsində 12 terrorçu öldürülüb.
Həmçinin əməliyyatlar zamanı çoxlu sayda silah-sursat ələ keçirilib.
İbrahim Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.